Universitet və kolleclərə sənəd verənlərin sayı açıqlandı
Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu sona yaxınlaşır.
Dövlət İmtahan Mərkəzindən (DİM) Mynews.az-a verilən məlumata görə, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu 2024-cü il martın 1-də başlanıb və 15 mart saat 23:59-dək internet vasitəsilə aparılır. 13 mart saat 15:20-yə olan məlumata əsasən, 99403 abituriyent öz ərizəsini təsdiq edib
Ərizə qəbulunda həm cari, həm də əvvəlki illərin məzunları iştirak edirlər.
İxtisas qrupları, eləcə də orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün qeydiyyat sayı ilə DİM-in saytında statistika bölməsində real vaxt rejimində tanış olmaq mümkündür.
Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra (şəxsi kabineti olmayanlar) şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və təsdiq edirlər (etdirirlər).
Ərizə qəbulu ilə bağlı xüsusi hallar, imtahanların keçirilməsi, müsabiqə şərtləri, tədris dili və xarici dil imtahanları ilə bağlı xüsusi hallar və digər məsələlərlə verilmiş keçiddə sağ tərəfdə ("Tələbə qəbulu haqqında elan Ali TM”) tanış ola bilərsiniz.
Orta ixtisas təhsili müəssisələrinə qəbul haqqında elanın tam mətni ilə buradan tanış olmaq mümkündür.
Cəmiyyət
- Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır
- Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM
- İkinci Dünya müharibəsi iştirakçılarına və ailə üzvlərinə birdəfəlik maddi yardım ödənilib
- Bakıda hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR
- Azərbaycanda taksi qiymətləri artdı
- Bu həftə sonu 4 gün qeyri-iş günü olacaq?
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır 1058 dəfə oxunub
- Bakıda 17 yaşlı qızın xəstəxanada müəmmalı ölümü - video 1001 dəfə oxunub
- "Sədərək"də yanğın BAŞLADI 1001 dəfə oxunub
- Uçan binanın qalıqları altında 15 cəsəd tapıldı 1000 dəfə oxunub