Bakı-Sumqayıt qatarında nə baş verib? - RƏSMİ AÇIQLAMA
Bu gün axşam saatlarında Bakı-Sumqayıt istiqamətində hərəkət edən 623 saylı sürətli sərnişin qatarı Pirşağı sahəsində olarkən gərginliyin verilməsində yaranmış texniki nasazlığa görə dayanmalı olub.
Bu barədə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən Mynews.az-a bildirilib.
Əraziyə cəlb olunan ADY-nin texniki heyətinin dəstəyi ilə nasazlıq aradan qaldırılmış və qatarın hərəkəti bərpa olunmuşdu. Sözügedən hadisə ilə əlaqədar olaraq həmin istiqamətdə hərəkət edən qatarların qrafikində qismən kənara çıxmalar müşahidə olunmuşdur.
Bəzi saytlarda qatarın qəzaya uğraması, partlayışın baş verməsi və ya xəsarət alanların olması ilə bağlı paylaşılmış xəbərlər həqiqəti əks etdirmir.
Qeyd edək ki, mətbuatda yayılan məlumata görə, sözü gedən qatarda qəza baş verib.
Cəmiyyət
- Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır
- Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM
- İkinci Dünya müharibəsi iştirakçılarına və ailə üzvlərinə birdəfəlik maddi yardım ödənilib
- Bakıda hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR
- Azərbaycanda taksi qiymətləri artdı
- Bu həftə sonu 4 gün qeyri-iş günü olacaq?
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır 1055 dəfə oxunub
- Bakıda 17 yaşlı qızın xəstəxanada müəmmalı ölümü - video 999 dəfə oxunub
- Uçan binanın qalıqları altında 15 cəsəd tapıldı 998 dəfə oxunub
- "Sədərək"də yanğın BAŞLADI 998 dəfə oxunub