Bu gündən Azərbaycandan Həcc ziyarəti üçün sənəd qəbulu başlayıb
Bu gündən Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər üçün sənəd qəbuluna start verilib.
Mynews.az xəbər verir ki,bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) məlumat yayıb.
Bildirilib ki, sənədlərin qəbulu fevralın 12-dən etibarən iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi QMİ-nin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılacaq.
Ziyarət üçün tələb olunan sənədlər:
1.Ümumvətəndaş pasportu;
2.Şəxsiyyət vəsiqəsinin surəti;
3.3.5×4.5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda);
4.Sağlamlıq haqqında arayış.
Xatırladaq ki, Həcc ziyarətinin bir nəfər üçün qiyməti 5850 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.
Cəmiyyət
- Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır
- Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM
- İkinci Dünya müharibəsi iştirakçılarına və ailə üzvlərinə birdəfəlik maddi yardım ödənilib
- Bakıda hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR
- Azərbaycanda taksi qiymətləri artdı
- Bu həftə sonu 4 gün qeyri-iş günü olacaq?
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır 1049 dəfə oxunub
- Bakıda 17 yaşlı qızın xəstəxanada müəmmalı ölümü - video 994 dəfə oxunub
- "Sədərək"də yanğın BAŞLADI 993 dəfə oxunub
- Uçan binanın qalıqları altında 15 cəsəd tapıldı 992 dəfə oxunub