Səfər Mehdiyevdən Gürcüstan qeydiyyatlı maşınlarla bağlı açıqlama
Xarici dövlət nömrəsi olan avtomobillərin ölkə ərazisində qalma müddətinə dair qanunvericilikdə hər hansı bir dəyişiklik olmayıb.
Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev jurnalistlərin sualına cavabında deyib.
Komitə sədri bildirib ki, sadəcə, əvvəllər bunu gömrük əməkdaşları hesablayırdısa, artıq bunu sistem avtomatik olaraq hesablayır.
"Gömrük Məcəlləsinin 305 saylı qərarının 4.3-cü maddəsində yazılıb ki, qeyri-rezident vətəndaşlar Azərbaycana nəqliyyat vasitəsilə gəldiyi zaman bir gündən 90 günə qədər gəlişinin məqsədi bəyan edilməklə müvəqqəti idxal rejimində heç bir rüsum və vergi ödəmədən daxil ola bilir.
Bundan sonra bir ilə qədər müddətin uzadılması o zaman baş verə bilər ki, Azərbaycanda işlədiyini sənədlər vasitəsilə təsdiq etsin. Bu da Gömrük Məcəlləsinin 258-ci maddəsinə uyğun olaraq təlimat üsulları ilə tənzimlənir".
Cəmiyyət
- Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır
- Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM
- İkinci Dünya müharibəsi iştirakçılarına və ailə üzvlərinə birdəfəlik maddi yardım ödənilib
- Bakıda hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR
- Azərbaycanda taksi qiymətləri artdı
- Bu həftə sonu 4 gün qeyri-iş günü olacaq?
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır 1058 dəfə oxunub
- Bakıda 17 yaşlı qızın xəstəxanada müəmmalı ölümü - video 1001 dəfə oxunub
- "Sədərək"də yanğın BAŞLADI 1001 dəfə oxunub
- Uçan binanın qalıqları altında 15 cəsəd tapıldı 1000 dəfə oxunub