Səfər Mehdiyevdən Gürcüstan qeydiyyatlı maşınlarla bağlı açıqlama
Xarici dövlət nömrəsi olan avtomobillərin ölkə ərazisində qalma müddətinə dair qanunvericilikdə hər hansı bir dəyişiklik olmayıb.
Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev jurnalistlərin sualına cavabında deyib.
Komitə sədri bildirib ki, sadəcə, əvvəllər bunu gömrük əməkdaşları hesablayırdısa, artıq bunu sistem avtomatik olaraq hesablayır.
"Gömrük Məcəlləsinin 305 saylı qərarının 4.3-cü maddəsində yazılıb ki, qeyri-rezident vətəndaşlar Azərbaycana nəqliyyat vasitəsilə gəldiyi zaman bir gündən 90 günə qədər gəlişinin məqsədi bəyan edilməklə müvəqqəti idxal rejimində heç bir rüsum və vergi ödəmədən daxil ola bilir.
Bundan sonra bir ilə qədər müddətin uzadılması o zaman baş verə bilər ki, Azərbaycanda işlədiyini sənədlər vasitəsilə təsdiq etsin. Bu da Gömrük Məcəlləsinin 258-ci maddəsinə uyğun olaraq təlimat üsulları ilə tənzimlənir".
Cəmiyyət
- Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək...
- Azərbaycanda bu şəxslərə birdəfəlik 2 min AZN pul ödənəcək - PREZİDENTDƏN SƏRƏNCAM
- Aytən Səfərova ağır qəzaya düşdü
- Azərbaycanda Ramazan bayramı qeyd olunur
- Xocalıda kütləvi məzarlıqda tapılan ər-arvadın qalıqları dəfn edilir - FOTOLAR
- Qobuda itlərin hücum etdiyi azyaşlı evə buraxılıb
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Azərbaycanda bu şəxslərə birdəfəlik 2 min AZN pul ödənəcək - PREZİDENTDƏN SƏRƏNCAM 950 dəfə oxunub
- Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək... 194 dəfə oxunub